"Neftçi"dən daha bir futbolçu getdi

"Neftçi"dən daha bir futbolçu getdi

“Neftçi”nin daha bir futbolçusu milli komandaya dəvət alıb.

Mediasport.az xəbər verir ki, Kilan Lebon növbəti dəfə Sent Martin yığmasına çağırılıb.

27 yaşlı vinger oktyabrın 15-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarında baş məşqçinin sərəncamında olacaq.

Xatırladaq ki, daha əvvəl "ağ-qaralar"ın yarımmüdafiəçisi Edvin Kuç Monteneqro yığmasının düşərgəsinə yollanıb.

Lebon Sent Martin millisində 2023-cü ildən forma geyinir. O, yığmada 3 dəfə meydana çıxıb, 1 qol vurub.