Neymar həbs olunacaq?

Neymar həbs olunacaq?

PSJ-nin hücumçusu Neymar həbs oluna bilər.

mediasport.az xəbər verir ki, 30 yaşlı futbolçunun transfer hüquqlarının 40 faizinə sahib olan Braziliyanın DIS şirkəti onun azadlıqdan məhrum edilməsi üçün məhkəmə işi açıb.

Şirkətin iddiasına əsasən, Braziliya millisinin lideri "Barselona"da çıxış etdiyi zaman onlara ödəməli olduğu 35 milyon avronu ödəməyib. Neymar 2013-cü ildə 88 milyon avro təzminat qarşılığında "Santos"dan İspaniya klubuna keçəndə imzalanan müqavilədə xüsusi ödəniş bəndi olub.