"Qarabağ"la oyun öncəsi PSJ-nin üzvü ilə gücləniblər - RƏSMİ

"Qarabağ"la oyun öncəsi PSJ-nin üzvü ilə gücləniblər - RƏSMİ

UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olacaq "Braqa" heyətini gücləndirib.

Mediasport.az xəbər verir ki, Portuqaliya təmsilçisi İtaliyanın U-21 yığması və PSJ-nin yarımmüdafiəçisi Şer Nduru icarəyə götürüb.

19 yaşlı futbolçu yeni klubunda 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Qarabağ"ın "Braqa" ilə ilk dueli fevralın 15-də Portuqaliyada, bir həftə sonra Bakıda olacaq.