Tərtərdə minaya düşən Şəhid Novruz Niftalıyev "Qəbələ"nin idmançısı olub

Tərtərdə minaya düşən Şəhid Novruz Niftalıyev "Qəbələ"nin idmançısı olub

Dünən Tərtər rayonunun azad edilmiş hissəsində minaya düşərək Şəhid olan Novruz Niftalıyev “Qəbələ” İdman Klubunun cüdo bölməsinin üzvü olub.

mediasport.az xəbər verir ki, o, 2013-18-ci illərdə klubun şərəfini qoruyub.

Novruz "Qəbələ"nin məşqçisi Rail İsmayılovun rəhbərliyi altında 5 ildən artıq hazırlıq keçib. Niftalıyev bu müddətdə dəfələrlə müxtəlif turnirlərin qalibi və mükafatçısı olub. Aprelin 2-də minaya düşərək həlak olan 2004-cu il təvəllüdlü Niftalıyev Novruz Eldəniz oğlu Qəbələ rayonu Nohurqışlaq kəndində dəfn edilib.

Şəhidimizə Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirik!