"Omoniya" 1979-cu ildən sonra bunu "Zirə" ilə oyunda etdi
UEFA Avropa Konfrans Liqası pley-off mərhələsinin ilk oyunu çrəçivəsində "Zirə"yə 6 cavabsız qolla qalib gələn "Omoniya" (Kipr) tarixi nailiyyətini yaxşılaşdırıb.
Mediasport.az xəbər verir ki, Nikosiya təmsilçisi sonuncu dəfə avrokuboklarda belə böyükhesablı qələbəni 3 oktyabr 1979-cu ildə qazanıb.
Kiprlilər 45 il öncə Lüksemburqun "Differdanj" komandasının qapısından 6 top keçiriblər.
Lakin "Zirə"dən fərqli, lüksemburqlular buraxılan toplardan birinin əvəzini çıxa biliblər.