1-ci Liqada mərkəzi qarşılaşma: "Qəbələ" evdə "İmişli" ilə üz-üzə

1-ci Liqada mərkəzi qarşılaşma: "Qəbələ" evdə "İmişli" ilə üz-üzə

Azərbaycan 1-ci Liqasında 6-cı turun oyun cədvəli açıqlanıb.

Mediasport.az xəbər verir ki, qarşılaşmalar 3 gün ərzində keçiriləcək.

Bütün oyunlar Peşəkar Futbol Liqasının (PFL) "I/II Liqa" "YouTube" kanalı vasitəsilə canlı yayımlanacaq.

İmişli şəhər stadionunda əsaslı təmir və yenidənqurma işləri  davam etdiyi üçün "İmişli" və "Qəbələ" klubları arasında keçirilməli olan 1-ci və 2-ci dövrə oyunlarının yeri Peşəkar Futbol Liqasının qərarı ilə dəyişdirilib.

Azərbaycan 1-ci Liqası. 6-cı tur

24 oktyabr (cümə axşamı)

13:30 "Cəbrayıl" - "Mingəçevir"

"ASCO Arena".

14:00 MOİK - "Karvan"

Lökbatan OİK stadionu.

25 oktyabr (cümə)

14:00 "Baku Sportinq" - "Qaradağ Lökbatan"

"Baku Sporting Arena".

14:30 "Difai" - "Zaqatala"

Şamaxı OİK stadionu.

26 oktyabr (şənbə)

15:30 "Qəbələ" - "İmişli"

Qəbələ şəhər stadionu.