Onilliyin ən yaxşıları açıqlandı: “Qarabağ” “Qalatasaray”dan öndə

 Onilliyin ən yaxşıları açıqlandı: “Qarabağ” “Qalatasaray”dan öndə

Avropa futbol klublarının 10 illik UEFA reytinqi açıqlanıb.

Mediasport.az xəbər verir ki, son 10 mövsümün ən yaxşıları arasında “Qarabağ” da yer alıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2015-2024-cü illəri əhatə edən siyahıda “Top-100”ə düşüb.

Geridə qalan müddətdə Ağdam təmsilçisi 53,000 xal toplayıb.

Komandamız “Makkabi” (Təl-Əviv, İsrail) ilə birlikdə 63-64-cü yerləri bölüşür.

Türkiyə klubları arasında ən yaxşı göstəriciyə malik “Qalatasaray” 65-ci pillədə qərarlaşıb.

Reytinqə 261,000 xalla Madrid “Real”ı başçılıq edir.