Dünya çempionatı: Azərbaycan - İngiltərə matçının vaxtı dəyişdirildi
Azərbaycanın çimərlik futbolu millisinin dünya çempionatının seçmə mərhələsində İngiltərə ilə keçirəcəyi oyunun başlama saatı dəyişdirilib.
Mediasport.az xəbər verir ki, A qrupunun I turu çərçivəsində oktyabrın 4-də, Bakı vaxtı ilə saat 14:45-də start götürməsi nəzərdə tutulan görüş həmin gün, saat 16:00-da başlanacaq.
Qeyd edək ki, İspaniyanın Kadis şəhərində təşkil olunacaq seçmə mərhələnin digər oyunlarında millimiz oktyabrın 5-də Gürcüstan (14:45), 7-də isə İspaniya (20:00) ilə qarşılaşacaq.