"Qarabağ" pley-offda!
UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci tura start verilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" çətin Norveç səfərində meydana çıxıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 1 xal qazanaraq tarixində Avropa Liqasında qrupdan çıxmaq imkanını son tura saxlayıb.
Bundan başqa, "atlılar" qrupu 3-cü pillədə başa vursalar, Konfrans Liqasının pley-offunda mübarizə aparacaqlar.
UEFA Avropa Liqası. Qrup mərhələsi. 5-ci tur
"Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan) 2:2
Qollar: Kristian Eriksen, 81, 88 - Olavio Juninyo, 12, Bəhlul Mustafazadə, 90+5.
Baş hakim: Erik Lambrexts (Belçika).
Norveç. Molde stadionu.
"Molde": 12. Oliver Petersen, 31. Matias Lovik, 19. Eyrik Haugen, 3. Kasper Öyvann, 6. Martin Ellinqsen, 28. Kristoffer Haugen, 20. Kristian Eriksen, 22. Maqnus Qrödem, 16. Emil Breyvik, 7. Maqnus Volf Eykrem (k), 9. Volon Berişa.
Baş məşqçi: Erlinq Moe.
"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 8, Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo.
Baş məşqçi: Qurban Qurbanov.