Mustafayev fərqləndi, komandası son anda bir xal qazandı - VİDEO
Legioner həyatı yaşayan Azərbaycan millisinin 6 oyunçusu klub futbolunda növbəti oyunlarına çıxıb.
Mediasport.az xəbər verir ki, Anton Krivotsyukun oynadığı Cənubi Koreyanın "Daejon" komandası evdə "Jeonbuk"la heç-heçə edib.
Milli üzvü oyuna start heyətdə başlayıb və sarı vərəqə ilə cəzalanıb.
Eddi İsrafilovun uğurları üçün çalışdığı "Yohor Tazim" Malayziya Superliqasında "Kelantan Yunayted"i məğlub edib. İsrafilovun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Emil Mustafayevin uğurları üçün çalışdığı "Polessye" evdə LNZ-i sınağa çəkib. Mustafayev sonradan oyuna daxil olub və 88-ci dəqiqədə komandasının bərabərlik qolunun məhsuldar ötürməsinin müəllifi olub.
Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" "İstanbulspor"la qarşılaşıb. Diniyev görüşə start heyətdə daxil olub və 84-cü dəqiqədə əvəzlənib.
Albaniya Superliqasına yeni yollanan Amil Yunanov "Biliş"in üzvü kimi "Vlajniya" səfərinə yollanıb. Debütant qarşılaşmaya startda başlayıb və 71-ci dəqiqədə oyundan çıxıb.
Bu çempionatda top qovan digər futbolçumuz Zamiq Əliyev "Eqnatia"nın heyətində "Elbasani"nin qonağı olub. Zamiq matça start heyətdə başlayıb və sona qədər mübarizə aparıb.
Bu gün daha 1 futbolçumuzun komandası klub futbolunda növbəti oyununa çıxacaq. Cəlal Hüseynovlu "Arda" Bolqarıstan çempionatında "Botev"in qonağı olacaq.
22 sentyabr
Cənubi Koreya K Liqa 1. 31-ci tur
"Daejon" - "Jeonbuk" 0:0
Malayziya Superliqası. 13-cü tur
"Kelantan Yunayted" - "Yohor Tazim" 1:6
Ukrayna Premyer Liqası. 7-ci tur
"Polessye" - LNZ 1:1
Türkiyə 1-ci Liqası. 6-cı tur
"İstanbulspor" - "Bandırmaspor" 0:0
Albaniya Superliqası. 6-cı tur
"Vllazniya" - "Bilis" 0:2
"Elbasani" - "Eqnatia" 0:0
23 sentyabr
Bolqarıstan Parva Liqası. 9-cu tur
"Arda" - "Botev"