"Onları təbrik etmək üçün hər il burada olmaq istəyirəm" - İLİN MƏŞQÇİSİ
"İlin məşqçisi adına layiq görülmək mənim məsuliyyətimi, həvəsimi daha da artırır. Bütün idmançıları təbrik edir, hamısına uğurlar arzulayıram".
mediasport.az xəbər verir ki, bunu İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2022" layihəsində ilin məşqçisi adına layiq görülən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis daha çox digər idmançılara görə sevindiyini bildirib: "Zəhmətə dəyər veriləndə onları təbrik etmək mənim üçün çox xoş olur. Fərqi yoxdur, bu, futbolçudur, güləşçidir, boksçudur və ya şahmatçı. Hər dəqiqə bu idmançılarla üz-üzə gəlməsək də, onların arasında dostlarımız, tanışlarımız çoxdur. Fərqlənən idmançıları təbrik etmək üçün hər il burada olmaq istəyirəm".