Bəxtiyar ehtiyatda qalıb, komandası qələbə qazanıb
Türkiyə 1-ci Liqasında 17-ci tura start verilib.
Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin çıxış etdiyi "Tuzlaspor" açılış matçında Ankara təmsilçisi "Gənclərbirliyi"ni 2 cavabsız qolla məğlub edib.
Bəxtiyar həmin matçda ehtiyatda qalıb.
Xatırladaq ki, "Tuzlaspor" hazırda yarışın turnir cədvəlində 16 xalla 15-ci, "Gənclərbirliyi" 27 xalla 6-cı pillədə qərarlaşıb.
Türkiyə 1-ci Liqası. 17-ci tur
"Gənclərbirliyi" - "Tuzlaspor" 0:2