Andrey Lunyov: "Növbəti mərhələyə vəsiqə qazana bilərik, hər iki komanda 11 nəfərlə oynayır"

Andrey Lunyov: "Növbəti mərhələyə vəsiqə qazana bilərik, hər iki komanda 11 nəfərlə oynayır"

"Hər oyuna xüsusi motivasiya ilə çıxıram. Sabahkı matç çox vacibdir. Məşqçilər korpusu rəqibi analiz edərək bizə məlumatlar veriblər. Əvvəl də bu komandaya qarşı oynamışıq, rəqibi çox yaxşı tanıyırıq. Meydana yüksək motivasiya ilə çıxıb yaxşı oyun göstərəcəyik".

Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib.

Rusiyalı qolkiper Avropa Liqası pley-off mərhələsinin "Bayer"lə cavab görüşündən öncə keçirilən mətbuat konfransında iştirak edib:

- Bizi maraqlı və gözəl oyun gözləyir. Növbəti mərhələyə vəsiqə qazana bilərik. Bir həftə öncə təəssüf ki, Bakıdakı matçda rəqibi məğlub edə bilmədik. Şanslar 50/50-yədir. Bu, futboldur, oyun 90 dəqiqədir. Hər iki komanda 11 nəfərlə oynayır. Sabah əlimizə düşən fürsətdən istifadə etməyə, öz oyunumuzu oynamağa çalışacağıq.

Görüş sabah Bakı vaxtilə saat 00:00-da start götürəcək.