Ramil Şeydayev 100-ə çatdı

Ramil Şeydayev 100-ə çatdı

"Qarabağ"ın hücumçusu Ramil Şeydayev Ağdam klubunda 100-cü oyununu keçirib.

mediasport.az xəbər verir ki, 27 yaşlı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 21-ci turuna təsadüf edib.

Millimizin üzvü “Kəpəz”lə səfər görüşündə (1:1) meydana çıxıb. Şeydayev 100 matçda 30 qola imza atıb. O, ölkə çempionatında 61 (23 qol), kubokda 9 (4 qol), avrokuboklarda 30 (3 qol) dəfə şans qazanıb. Təcrübəli forvardın “Qarabağ”dakı debütü də “Kəpəz”ə qarşı oyunda gerçəkləşib. 2017-ci il sentyabrın 17-də Premyer Liqada keçirilən ev görüşü (2:0) onun Ağdam klubunda ilk matçı olub.