"Zirə" heyətini braziliyalı futbolçu ilə gücləndirib - RƏSMİ

"Zirə" heyətini braziliyalı futbolçu ilə gücləndirib - RƏSMİ

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisi Rafael Utziqi heyətinə qatıb.

27 yaşlı hücumu ilə 1,5+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, braziliyalı futbolçu karyerası ərzində ölkəsinin “Foz do İqausu”, “Kaskavel”, “Ypiranqa”, “Parana”, “Sianorçe” klublarının şərəfini qoruyub.

Ölkəmizdə “Qəbələ”də də çıxış etmiş Utziqin son klubu Cənubi Koreyanın “Sunqnam Asan” klubu olub.