"Araz-Naxçıvan" ölkə xaricində Superliqa klubu ilə qarşılaşacaq

  "Araz-Naxçıvan" ölkə xaricində Superliqa klubu ilə qarşılaşacaq

Premyer Liqa təmsilçisi "Araz-Naxçıvan" yoldaşlıq görüşü çərçivəsində Türkiyə klubu "Alanyaspor"la qarşılaşacaq.

Mediasport.az xəbər verir ki, oyun iyulun 16-da, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

2 gün öncə Türkiyəyə - Ərzuruma yollanan Muxtar Respublika təmsilçisi dünəndən etibarən məşqlərə başlayıb.

Komanda üzvləri öncə fitnes məşqlər edib, daha sonra hazırlıq prosesi yaşıl meydanda keçirilib

Xatırladaq ki, "qırmızı-ağlar"ın yeni transferlərindən olan Bernardo Diaş (Benny) da komandanın düşərgəsindədir.