Ötən ilin ən çox uduzan komandaları bəlli olub
Məşhur "Transfermarkt" portalı 2023-cü ildə Avropanın TOP-5 liqasında bütün turnirlər daxil olmaqla ən çox uduzan komandaların adlarını açıqlayıb.
Mediasport.az xəbər verir ki, siyahıda əsasən, "böyük beşlik" ölkələrinin ortabab komandaları yer alsa da, İngiltərənin "Çelsi" klubu ilk "5-liy"ə düşməyi bacarıb.
2023-cü ildə ən çox uduzan komandalar:
1. "Almeriya" (İspaniya, La Liqa) - 43 oyun, 25 məğlubiyyət
2. "Sevilya" (İspaniya, La Liqa) - 62 oyun, 24 məğlubiyyət
3. "Nottingem Forest" (İngiltərə, Premyer Liqa) - 47 oyun, 23 məğlubiyyət
4. "Çelsi" (İngiltərə, Premyer Liqa) - 52 oyun, 23 məğlubiyyət
5. "Bornmut" (İngiltərə, Premyer Liqa) - 44 oyun, 22 məğlubiyyət
6. "Everton" (İngiltərə, Premyer Liqa) - 46 oyun, 22 məğlubiyyət
7. "Verder" (Almaniya, Bundesliqa) - 36 oyun, 21 məğlubiyyət
8. "Empoli" (İtaliya, Seria A) - 42 oyun, 21 məğlubiyyət
9. "Nant" (Fransa, Liqa 1) - 47 oyun, 21 məğlubiyyət
10. "Valensiya" (İspaniya, La Liqa) - 47 oyun, 21 məğlubiyyət