124 illik tarixlərində ilk dəfə Bundesliqada oynayacaqlar
Futbol üzrə Almaniya Bundesliqasına vəsiqə qazanan ilk komanda müəyyənləşib.
Mediasport.az xəbər verir ki, 2-ci Bundesliqanın 33-cü turunda evdə "Fortuna" ilə bərabərə qalan "Holştayn Kil" tarixində ilk dəfə Elitaya çıxıb.
124 yaşlı klub sona bir tur qalmış vəzifənin öhdəsindən gəlib.
Hazırda 65 xalla lider olan Kil təmsilçisi ən pis halda mövsümü ikinci pillədə başa vuracaq.
2 ehtiyat oyunu olan "Sankt Pauil"nin 63 xalı var, "Fortuna" (Düsseldorf) 60 xalla üçüncüdür.