2024-cü ilin ən yaxşı baş məşqçisi olmağa namizədlər - SİYAHI

2024-cü ilin ən yaxşı baş məşqçisi olmağa namizədlər - SİYAHI

"Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı baş məşqçisi olmağa namizədlərin siyahsını tərtib edib.

Mediasport.az xəbər verir ki, 15 mütəxəssis qalib adı uğrunda yarışır.

Mükafat mayın 28-də təqdim olunacaq.

Avropa Klublar Assosiasiyasının futbol agentləri ilə birgə təsis etdiyi mükafatın təltifetmə mərasimi İtaliyada təşkil olunacaq.

Qeyd edək ki, mükafatın son qalibi ötən il "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiola olub.


2024-cü ilin ən yaxşı baş məşqçisi olmağa namizədlər


1. Şabi Alonso ("Bayer", Almaniya)

2. Ruben Amorim ("Sportinq", Portuqaliya)

3. Karlo Ançelotti ("Real", İspaniya)

4. Mikel Arteta ("Arsenal", İngiltərə)

5. Unay Emeri ("Aston Villa", İngiltərə)

6. Luis Enrike (PSJ, Fransa)

7. Can Pyero Qasperini ("Atalanta", İtaliya)

8. Xosep Qvardiola ("Mançester Siti", İngiltərə)

9. Sebastyan Höness ("Ştuttqart", Almaniya)

10. Simone İnzagi ("İnter", İtaliya)

11. Miçel ("Jirona", İspaniya)

12. Tyaqo Motta ("Bolonya", İtaliya)

13. Edin Terziç ("Borussiya", Dortmund, Almaniya)

14. Tomas Tuxel ("Bavariya", Almaniya)

15. Xavi ("Barselona", İspaniya)