Ötən ilin yayında Ərəbistana gedən futbolçu "köhnə qitə"yə geri dönüb
Ötən ilin yayında "Liverpul"dan Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttifaq"a keçən Cordan Henderson klubunu dəyişib.
Mediasport.az xəbər verir ki, ingilis futbolçu karyerasını yenidən Avropa qitəsində - Niderlandın "Ayaks" klubunda davam etdirəcək.
33 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlanıb.
Xatırladaq ki, Henderson "Əl-İttifaq"ın heyətində bütün turnirlər daxil olmaqla 19 oyuna çıxıb, 5 məhsuldar ötürmə edib.