DÇ-2022: 60 minlik tutumlu stadiona 67 min azarkeş necə yerləşdi?
Qətərdə start götürən 22-ci Dünya Kubokunun açılış oyununu stadiondan izləyən azarkeş sayı açıqlanıb.
mediasport.az xəbər verir ki, Dünya çempionatının açılış mərasimini, ardınca Qətər - Ekvador matçını (0:2) stadiondan 67,372 tamaşaçı izləyib.
Əl Xor şəhərində təşkil olunmuş tədbir və qarşılaşmanın keçirildiyi "Əl Beyt" stadionunun azarkeş tutumu 60 min nəfərdir. 7,4 min nəfərin ayaqüstü və skamyalar arasında əyləşdiyi ehtimal edilir. Mundial dekabrın 18-dək davam edəcək.