Oyun zamanı huşunu itirdi

Oyun zamanı huşunu itirdi

ABŞ-nin Mayami şəhərində keçirilən tennis üzrə ATP turnirinin ilk seçmə mərhələsinin oyunu zamanı xoşagəlməz hadisə baş verib.

Mediasport.az xəbər verir ki, Fransa təmsilçisi Artur Kazo huşunu itirərək yerə yıxılıb.

Hadisə üçüncü setdə qeydə alınıb.

Məlumata görə, idmançı isti havaya görə bihuş olub.

Kazo həkimlərin məsləhəti ilə turnirdəki mübarizəsini dayandırıb.