"Öz çıxışımdan razı olsam da, bu, nəticəni dəyişmədi" - Lukas Afriko

"Öz çıxışımdan razı olsam da, bu, nəticəni dəyişmədi" - Lukas Afriko

"Birinci hissədə bir neçə qol şansımız oldu. Təəssüf ki, imkanlardan yararlana bilmədik. Əvəzində "Qarabağ" lazım olan qolları vurub qələbə qazandı".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Qəbələ"nin futbolçusu Lukas Afriko deyib.

28 yaşlı braziliyalı müdafiəçi Azərbaycan Premyer Liqasının 15-ci turunun "Qarabağ"la səfər matçı (0:3) barədə danışıb. O, bəxtlərinin də gətirmədiyini deyib:

"Fasiləyə məğlub yollanmağımıza baxmayaraq, ikinci hissədə də qol vurmaq imkanlarımız var idi. Bəxt bizdən yana olsaydı, fərqlənərdik. "Qarabağ" isə daha iki qol vurub oyunun taleyini həll etdi. Öz çıxışımdan razı olsam da, bu, nəticəni dəyişmədi. Əsas olan komandamızın yaxşı nəticələr qazanmasıdır".