Ozan Can üçün 90 dəqiqə, komandası darmadağın edilib
Futbol üzrə Niderland 1-ci Divizionunda 23-cü turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, birinci oyun günündə 7 görüş baş tutub.
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" də növbəti oyununa çıxıb.
Onlar doğma azarkeşlər önündə "Maastrixt"ə uduzublar - 0:3.
Ozan matça start heyətdə başlayıb və 90 dəqiqə oynayıb.
"Eyndhoven" hazırda yarışın turnir cədvəlində 30 xalla 13-cü pillədə qərarlaşıb.