Legioner azərbaycanlılar növbəti oyunlarını keçiriblər - VİDEOLAR

Legioner azərbaycanlılar növbəti oyunlarını keçiriblər - VİDEOLAR

Legioner həyatı yaşayan Azərbaycan millisinin futbolçularının klubları daxili birinciliklərdə növbəti oyunlarını keçiriblər.

Mediasport.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Ulm"la qarşılaşıb.

Yığmamızın üzvünün adı ilk dəfə iştirak ərizəsində yer alsa da, o, görüşü kənardan izləyib.

Azərbaycanlı hücumçu Rüfət Dadaşovun komandası "Dinamo" (Berlin) "Çemnitzer"lə qolsuz heç-heçə edib.

Forvard start heyətində meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.

Milli komandamızın cinah oyunçusu Ozan Can Kökçülü "Helsinki" SYK ilə sülhə razılaşıb.

Ozan oyuna start heyətdə meydana çıxıb, 75 dəqiqə oynayıb və ilk hissənin sonuna əlavə edilən 1-ci dəqiqədə məhsuldar ötürmə müəllifi olub.

Polşada top qovan Rahil Məmmədov "Radomyak"ın heyətində "Lexiya"nın qonağı olub və uduzub.

Məmmədov bu oyunda meydana buraxılmasa da, adı iştirak ərizəsində olub.

Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" doğma azarkeşlər önündə "Amed"lə bacarmayıb.

Diniyev meydana 60-cı dəqiqədə meydana çıxıb. 

Anton Krivotsyukun oynadığı Cənubi Koreyanın "Daejon" komandası səfərdə "Seul"un qonağı olub.

Antonun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Almaniya 2-ci Bundesliqası. 5-ci tur

"Ulm" - "Nürnberq" 1:2

Almaniya Şimal-Şərq Regional Liqası. 8-ci tur

"Dinamo" (Berlin) - "Çemnitzer" 0:0

Finlandiya Veikkaus Liqası. Pley-off

"Helsinki" - SYK 2:2



Polşa Ekstraklasası. 8-ci tur

"Lexiya" - "Radomyak" 1:0



Türkiyə 1-ci Liqası. 5-ci tur

"Bandırmaspor" - "Amed" 0:1

Cənubi Koreya K Liqa 1. 30-cu tur

"Seul" - "Daejon" 2:3