"Milli komandadan kənarda qalmaq məni məyus etdi" - Qara Qarayev
“Milli komandaya dəvət almamağımla bağlı mənə çoxlu suallar ünvanlanır. Təbii ki, yığmadan kənarda qalmaq ilk növbədə vətənini sevən bir azərbaycanlı kimi, daha sonra futbolçu kimi məni məyus edir”.
MediaSport.az xəbər verir ki, bunu Millətlər Liqasının Slovakiya və Qazaxıstanla oyunlarına dəvət almayan “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev deyib.
30 yaşlı yarımmüdafiəçi baş məşqçi Canni De Byazinin qərarına hörmətlə yanaşdığını bildirib: “Hazırda özümü yaxşı hiss edirəm. Dəvət olunmamağım zədə ilə bağlı deyil. Tam səmimiyətimlə inanıram ki, dəvət alan hər kəs orada olmağa layiqdir. Komanda yoldaşlarım qarşıdakı iki görüşdə yaxşı çıxış edəcəklər və onların uğur qazanacağına əminəm. Yığmaya uğurlar arzulayıram".
Millimiz sentyabrın 22-də Trnava şəhərində Slovakiyanın qonağı olacaq, 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcəyik.