Sərtanlı "Manisa" üçün ev sınağı, Bəxtiyarın komandası liderə qarşı
Türkiyə 1-ci Liqasında 20-ci turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, ikinci oyun günündə Azərbaycan millisinin futbolçusu Sərtan Taşkının komandası "Manisa BBSK" və Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" növbəti oyunlarını keçirəcəklər.
Sərtanlı "Manisa BBSK" evdə Ərzurum klubu ilə, "Tuzlaspor" səfərdə lider "Eyüpspor"la qarşılaşacaq.
Manisa təmsilçisi yarışın turnir cədvəlində 23 xalla 10-cu, "Tuzlaspor" 19 xalla 16-cı pillədə qərarlaşıb.
Türkiyə 1-ci Liqası. 20-ci tur
14:30 Manisa BBSK - BB Ərzurumspor
17:00 Çorum - Göztəpə
20:00 Eyüpspor - Tuzlaspor