Yığma komandamızın futbolçusu ÇSKA səfərindən 1 xalla qayıdıb
Azərbaycan yığma komandasının futbolçusu Cəlal Hüseynovun formasıni geyindiyi “Arda” Bolqarıstanın Birinci Liqasında 15-ci tur oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Krjaali təmsilçisi səfərdə ÇSKA ilə qarşılaşıb.
20 yaşlı müdafiəçi qolsuz başa çatan görüşdə meydana 79-cu dəqiqədə daxil olub və və 90+2-də sarı vərəqə ilə yadda qalıb.
"Arda" meydana çıxdığı 13 oyundan 24 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb və 15 matç keçirmiş lider "Çerno More"dən 8 xal geri qalır.