"Qarabağ" futbol akademiyasının rəhbəri bu şəxs olacaq - EKSKLÜZİV!

"Qarabağ" futbol akademiyasının rəhbəri bu şəxs olacaq - EKSKLÜZİV!

"Qarabağ" klubu bu yaxınlarda Binə qəsəbəsində yeni akademiya inşa edəcək.

Bunun üçün lazım olan bütün infrastruktur ayrılıb. Bir neçə gün öncə jurnalistlərə açıqlamasında Ağdam klubunun prezidenti Tahir Gözəl bu haqda ətraflı məlumat verib:

“Klub prezidenti olaraq, “Qarabağ”ın gələcəyi məni maraqlandırır. İki il əvvəl demişdim ki, akademiya və gənclərə yatırım etmək zamanımız gəlib. Şükür Allaha, onunla bağlı işlərimiz başlayıb, layihələrimiz var. Yavaş-yavaş “Qarabağ” futbol akademiyasını inşa etdirəcəyik. Binə qəsəbəsinə yaxın yerdədir. Ola bilsin ki, inşaat işlərinə bu il başladıq".

Məlum olduğu kimi, Ağdam klubunda bir neçə ildir uşaq futboluna cavabdeh olan akademiyanın texniki direktoru Tacəddin Doğanla başa çatmış müqavilə yenilənməyib. Bəs yeni inşa ediləcək akademiyanın rəhbəri kim olacaq?

mediasport.az saytı bu barədə maraqlı informasiya öyrənib. Əldə etdiyimiz məlumata görə, "Qarabağ"ın yeni akademiyasının rəhbəri Aftandil Hacıyev olacaq. Ötən ilin mayında "Səbail"dən ayrılan perspektivli mütəxəssislə bütün detallar danışılıb, uzunmüddətli əməkdaşlıq razılaşdırılıb. Qalır rəsmiləşmə.