Paralimpiyaçılarımızdan 77 medal

Paralimpiyaçılarımızdan 77 medal

Azərbaycan paralimpiyaçıları cari ildə mötəbər turnirlərdə 77 medal qazanıblar.

mediasport.az xəbər verir ki, bunu Milli Paralimpiya Komitəsinin prezidentinin köməkçisi Kamal Məmmədov ilin yekunlarına həsr edilmiş tədbirdə bildirib.

K.Məmmədov qeyd edib ki, 77 medalın 26-sı qızıl, 18-i gümüş, 33-ü isə bürüncdür.