Parisdəki Atletlər kəndində idmançılarımızla görüş keçirilib

Parisdəki Atletlər kəndində idmançılarımızla görüş keçirilib

Milli Paralimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi rəsmiləri Paris-2024 Yay Paralimpiya Oyunlarda iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüşüb.

Mediasport.az xəbər verir ki, Atletlər kəndində baş tutan görüşdə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmanın, o cümlədən paralimpiyanın inkişafının xüsusi diqqət mərkəzində saxlanıldığı vurğulanıb.

Daha sonra Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq idmançılarımıza uğurlar arzulanıb.

Onların yarışda parlaq qələbələrə imza atmaq əzmində olduqları bildirilib.

Xatırladaq ki, ölkəmiz turnirdə 7 növdə 19 idmançı ilə təmsil olunacaq.

Parataekvondoçular Röyalə Fətəliyeva (52 kq), Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq), paraüzgüçülər Könül Süleymanova, Raman Saley, Vəli İsrafilov, paracüdoçular Dürsədəf Kərimova (+70 kq), Xatirə İsmiyeva (+70 kq), İlham Zəkiyev (+90 kq), paraatletlər Rüfət Rəfiyev, Oloxan Musayev (hər ikisi nüvə itələmə), Səid Nəcəfzadə, Orxan Aslanov (hər ikisi uzunluğa tullanma), Lamiyə Vəliyeva (100 və 400 metr məsafəyə qaçış), paraatıcılar Kamran Zeynalov, Aybəniz Babayeva, parakamandan oxatmada mübarizə aparan Cahan Musayev və parapauerliftinqçi Ceyhun Mahmudovdur (54 kq) medallar uğrunda yarışacaq.

Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.