Zöhrə Ağamirova Olimpiya Oyunlarında finala yüksələ bilmədi

Zöhrə Ağamirova Olimpiya Oyunlarında finala yüksələ bilmədi

Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

Mediasport.az xəbər verir ki, gürz, top, halqa və lentdə bacarığını nümayiş etdirən idmançımız yekun sıralamada 18-ci yeri tutub.

23 yaşlı gimnast ümumilikdə 117.850 xal toplamaqla finala yüksələn ilk "10-luq"dan kənarda qalıb.