Paris-2024: Mariya Stadnik rahat qələbə ilə 1/4 finala vəsiqə qazandı

Paris-2024: Mariya Stadnik rahat qələbə ilə 1/4 finala vəsiqə qazandı

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Mediasport.az xəbər verir ki, 50 kq çəki dərəcəsində yarışan dünya və Avropa çempionumuz 1/8 finalda almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.

4-qat Olimpiya mükafatçımız rəqibi üzərində asan qələbə ilə 1/4 finala adlayıb - 6:2.

Stadnik növbəti raundda monqolustanlı Otqonjarqal Dolqorjavla görüşəcək.