Premyer Liqada ilk dövrənin uğursuz "11-liy"i tərtib edilib

Premyer Liqada ilk dövrənin uğursuz "11-liy"i tərtib edilib

ESPN nəşri futbol üzrə İngiltərə Premyer Liqasında 2023-2024-cü illər mövsümünün birinci dövrəsinin ən uğursuz “11-liy”ini tərtib edib.

Mediasport.az xəbər verir ki, siyahıda “Mançester Yunayted” və “Çelsi”dən ümumilikdə 8 oyunçu yer alıb.

Qapıçı: Andre Onana (“Mançester Yunayted”);

Müdafiəçilər: Ris Ceyms, Mark Kukurelya (hər ikisi “Çelsi” ), Erik Dayer (“Tottenhem”), Yoşko Qvardiol (“Mançester Siti”);

Yarımmüdafiəçilər: Enso Fernandes, Mixail Mudrik (hər ikisi “Çelsi”), Kalvin Fillips (“Mançester Siti”), Meyson Maunt, Antoni (hər ikisi “Mançester Yunayted”);

Hücumçu: Markus Reşford (“Mançester Yunayted”).