"Çelsi"nin icarəyə verdiyi oyunçular - Biri "Qalatasaray"da top qovur

"Çelsi"nin icarəyə verdiyi oyunçular - Biri "Qalatasaray"da top qovur

İngiltərə təmsilçisi "Çelsi"nin icarəyə göndərdiyi futbolçuların adları və onların bazar dəyərləri açıqlanıb.

Mediasport.az xəbər verir ki, hazırda "Roma"nın uğurları üçün çalışan Romelu Lukaku zirvədə qərarlaşıb.

İkinci pillədə "zadəganlar"ın dünən Almaniya "Borussiya"sına (Dortmund) icarəyə verdiyi Yan Matsen yer alıb.

İlk "3-lüy"ü isə "Real"ın çərçivə qoruyucusu Kepa Arrisabalaqa tamamlayıb.

"Çelsi"nin icarəyə göndərdiyi futbolçular:

1. Romelu Lukaku ("Roma") - 35 milyon avro

2. Yan Matsen ("Borussiya", Dortmund) - 20 milyon avro

3. Kepa Arrisabalaqa ("Real") - 20 milyon avro

4. Luis Hol ("Nyukasl") - 18 milyon avro

5. Angelo Qabriel ("Strasburq") - 15 milyon avro

6. Hakim Ziyeş ("Qalatasaray") - 12 milyon avro

7. Qabriel Slonina ("Eupen") - 5 milyon avro

8. Dieqo Moreyra ("Olimpik", Lion) - 3 milyon avro

Rövşən