UEFA bu klubu Avropa Konfrans Liqasından kənarlaşdırdı - RƏSMİ
UEFA Ukraynanın “Dnepr-1” komandasını Avropa Konfrans Liqasından kənarlaşdırıb.
Mediasport.az xəbər verir ki, buna klubun iflasa uğramaq təhlükəsi ilə üz-üzə qalması səbəb olub.
Turnirin II təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiyası” komandası ilə qarşılaşmalı olan Ukrayna təmsilçisinə texniki məğlubiyyət verib.
Komanda daha əvvəl analoji səbəbdən Ukrayna Premyer Liqasından uzaqlaşdırılıb.
Əsası 2015-ci ildə qoyulan Dnepropetrovsk təmsilçisi bugünlərdə fəaliyyətini dayandıra bilər.