Aşağı liqaya düşən klubun baş məşqçisinin kimliyi dəqiqləşdi

Aşağı liqaya düşən klubun baş məşqçisinin kimliyi dəqiqləşdi

Futbol üzrə İngiltərə Premyer Liqasında yerini qoruya bilməyən “Lids Yunayted” klubunun yeni baş məşqçisi müəyyənləşib.

MediaSport.az xəbər verir ki, yenidən Çempionşipdə mübarizə aparacaq komandanı Daniel Farke çalışdıracaq.

46 yaşlı alman mütəxəssislə 4 illik müqavilə imzalanıb. Çalışdırıcının son iş yeri Münhenqladbax “Borussiya”sı olub, Almaniya klubundan bu yay ayrılıb.