Mendi "Trabzonspor"da

Mendi "Trabzonspor"da

Superliqa təmsilçisi "Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, qaradənizlilər Fransanın Liqa 2 klubu "Anje"dən Batista Mendini transfer ediblər.

Türkiyə tərəfi 23 yaşlı yarımmüdafiəçi üçün 4,4 milyon avro təzminata razılaşıb. Fransalı "Trabzonspor"la 4+1 illik müqavilə imzalayıb.

Mendi "Anje"yə 2021-ci ilin yayında "Nant"dan gəlmişdi.