Türkiyədən qovulan məşqçi İngiltərə klubu ilə müqavilə bağladı - RƏSMİ
İlin əvvəlində "Qaziantep" futbol klubundan istefaya göndərilən baş məşqçi Erol Buludun yeni iş yeri müəyyənləşib.
mediasport.az xəbər verir ki, 49 yaşlı mütəxəssis İngiltərədə çalışacaq.
Almaniya doğumlu məşqçi səviyyəcə Premyer Liqadan sonra olan Çempionşipdə "Kardif Siti" ilə anlaşıb. Kardiff təmsilçisi geridə qalan mövsümü 24 komanda arasında 21-ci pillədə bitirib. Məşqçilik karyerası yalnız Türkiyə ilə bağlı olan Bulud “Fənərbağça”, “Alanyaspor” və “Yeni Malatyaspor”un da baş məşqçisi olub.