Qardaş Türkiyə nəhəngi Azərbaycana bayram təbriki ünvanladı
Türkiyənin “Qalatasaray” klubu sosial şəbəkə hesabı vasitəsi ilə Azərbaycanın müstəqilliyinin bərpası gününü təbrik edib.
mediasport.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə və Azərbaycan bayraqlarının birgə şəklini paylaşaraq “Dost və qardaş ölkə Azərbaycanın müstəqilliyinin bərpasının 31-ci ildönümünü təbrik edirik” mesajıyla xalqımıza xoş arzularını ünvanlayıb.
Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. 1992-ci ildən 18 oktyabr Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi bayram edilib. Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.