2023-cü ilin ən yaxşı hakimi

2023-cü ilin ən yaxşı hakimi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2023-cü ilin ən yaxşı hakiminin adını açıqlayıb.

Mediasport.az xəbər verir ki, qalib polşalı Şimon Marçinyak olub.

42 yaşlı ədalət təmsilçisi 175 xal toplayıb.

İtalyan Daniele Orsato 95 xalla ikinci, fransalı Kleman Turpin isə 64 xalla 3-cü yeri tutub.

Qeyd edək ki, Şimon Marçinyak Çempionlar Liqasının 2022/2023-cü illər mövsümündə “Mançester Siti” ilə “İnter” (1:0) arasında baş tutmuş final oyununu idarə edib.