Avropa çempionatı: Fətəliyeva bu dəfə xal itirsə də, liderliyini qorudu
Yunanıstan Rodos adasında qadın şahmatçıların şəxsi Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycanın yarışdakı 10 təmsilçisi 5-ci tur görüşlərini keçirib.
İlk 4 turda qələbə qazanmış Ülviyyə Fətəliyeva liderliyi bölüşdüyü ispaniyalı Marta Qarsiya ilə qarşılaşıb və bu dəfə rəqiblə xalları yarı bölüb.
Şahmatçımız xal itkisinə baxmayaraq, ilk pillədə mövqeyini qoruyub.
Günay Məmmədzadə, Səbina İbrahimova və Nərmin Abdinova turu qələbə ilə başa vursalar da, Ayan Allahverdiyeva ilə Səbinə Rzalı təslim olublar.
Qeyd edək ki, Avropa çempionatında 150 şahmatçı mükafatlar uğrunda mübarizə aparır.
Avropa çempionatı. Qadınlar. 5-ci tur
Marta Qarsia (İspaniya) – Ülviyyə Fətəliyeva 0,5:0,5
Mitra Hejazepur (Fransa) – Gövhər Beydullayeva 0,5:0,5
Yulianna Turbe (Macarıstan) – Gülnar Məmmədova 0,5:0,5
Günay Məmmədzadə – Elvira Berend (Lüksemburq) 1:0
Xanım Balacayeva – Katarzina Toma (İngiltərə) 1:0
Ayan Allahverdiyeva – Mixalina Rudzinska (Polşa) 0:1
Yolanta Zavadska (Polşa) – Səbina İbrahimova 0:1
Hanna Klek (Almaniya) – Səbinə Rzalı 1:0
Ləman Hacıyeva – Georgia Qrapsa (Yunanıstan) 0,5:0,5
Nərmin Abdinova – Vasiliki Aleksandri (Yunanıstan) 1:0