"Qarabağ" Avstriyaya yollandı
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb.
MediaSport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırlıq prosesini bu ölkənin Tirol bölgəsində keçəcək.
Ağdam klubu Avstriya toplanışı çərçivəsində 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Ağdam təmsilçisi iyunun 27-də "Ferentsvaroş" (Macarıstan), iyulun 1-də isə "Legiya" (Polşa) ilə üz-üzə gələcək. Digər rəqib isə hələ açıqlanmayıb.