Peşəkar Futbol Liqası pley-off matçları ilə bağlı qərar verəcək

Peşəkar Futbol Liqası pley-off matçları ilə bağlı qərar verəcək

2024/25 mövsümündə I Liqada çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 2-ci olmuş klub arasında keçirilməli olan pley-off qarşılaşmaları ilə bağlı müəyyən hüquqi məsələlərin həllindən sonra yekun qərar veriləcək.

Mediasport.az xəbər verir ki, Peşəkar Futbol Liqası bu görüşlərlə bağlı yekun qərar veriləcəyini açıqlayıb.

2024/25 mövsümündə II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısının qarşılaşmaları ilə baş tutacaq.

II Liqada oynamaq üçün pley-off matçları isə əvvəlcədən nəzərdə tutulduğu kimi 29 may və 4 iyun tarixlərində oynanılacaq.

Qeyd edək ki, pley-offda I Liqanın 9-cusu “Difai Ağsu” və II Liqanın 2-cisi “Cəbrayıl” oynamalı idi.