"Qarabağ" yoluna Avropa Liqasının əsas mərhələsində davam edəcək

"Qarabağ" yoluna Avropa Liqasının əsas mərhələsində davam edəcək

UEFA Çempionlar Liqasında təmsilçimiz "Qarabağ" bu gün pley-off mərhələsinin cavab matçında "Dinamo" (Zaqreb) ilə qarşılaşıb.

Mediasport.az xəbər verir ki, "köhlən atlar" tarixində ikinci dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanmağa çalışsalar da, meydandan məğlub ayrılıblar 

Təmsilçimiz yoluna UEFA Avropa Liqasının əsas mərhələsində davam edəcək.


UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab oyunu


"Qarabağ" (Azərbaycan) - "Dinamo" (Zaqreb, Xorvatiya) 0:2

Qollar: Marko Pyatsa, 33, Mateuş Silva, 54-avtoqol.

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Juninyo

Baş məşqçi: Qurban Qurbanov

"Dinamo": 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Sami Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyerr-Qabriel, 20. Marko Pyatsa, 25. Petar Suçiç, 27. Yosip Mişiç, 28. Kevin Teofile-Katerine

Baş məşqçi: Sergey Yakiroviç

Baş hakim: Maykl Oliver.

Baş hakimin köməkçiləri: Stüart Bört, Li Betts.

Dördüncü hakim: Kris Kavanaq.

VAR hakimləri: Stüart Ətvel, Timoti Vud.

Hakim-inspektor: Peter Şippel (Almaniya).

UEFA nümayəndəsi: Balaş Makray (Macarıstan).

Tofiq Bəhramov adına Respublika Stadionu.