İspaniya klubunun futbolçusu Azərbaycan millisində - SİYAHI

İspaniya klubunun futbolçusu Azərbaycan millisində - SİYAHI

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq və Avropa çempionatının seçmə mərhələ oyunu üçün heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi komandaya 23 futbolçu cəlb edilib.

Amin Ramazanov ("Qarabağ"), Rüstəm Samiqullin, Camal Cəfərov, Xəyal Əliyev (hamısı "Sabah"), Eldar Tağızadə ("Luqo", İspaniya), Süleyman Damadayev, Qurban Səfərov, Samir Məhərrəmli (hamısı "Şamaxı"), Hüseyn Babayev, Fərid Yusifli, Ağadadaş Salyanski (hamısı "Neftçi"), Mahir Həsənov, Rüfət Əhmədov (hər ikisi "Kəpəz"), Nemət Şıxamirov, Ayxan Süleymanlı (hər ikisi "Sumqayıt"), Abdulla Rzayev, Mirəli Əhmədov (hər ikisi "Araz-Naxçıvan"), Nazim Həsənzadə ("Zirə"), Ramin Nəsirli ("Dauqavpils", Latviya), Murad Vəliyev ("Levadia", Estoniya), Veysəl Rzayev ("Turan Tovuz"), Zeynəddin Abdurahmanov, Samir Abdullayev (hər ikisi "Səbail").

Yığmamız beynəlxalq yoldaşlıq oyunu çərçivəsində noyabrın 17-də “Dalğa Arena”da Latviya, noyabrın 21-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda Ukrayna seçməsi ilə qarşılaşacaq.