"Qarabağ"da CİDDİ İTKİ - "Dinamo" ilə cavab matında oynamayacaq

"Qarabağ"da CİDDİ İTKİ - "Dinamo" ilə cavab matında oynamayacaq

"Qarabağ" avqustun 28-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Dinamo" (Zaqreb) ilə qarşılaşacaq.

Mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komandası matça ciddi itkilərlə çıxacaq.

Zədəli Marko Yankoviç və Marko Veşoviçlə yanaşı, dünən sarı vərəqə ilə cəzalanaraq limiti keçən Julio Romao da "köhlən atlar"a kömək edə bilməyəcək.

Musa Qurbanlı ilə Şahruddin Məhəmmədəliyevin də yoxluğunu siyahıya əlvə edək.

Xatırladaq ki, Ağdam təmsilçisi Xorvatiyada keçirilən ilk oyunda Zaqreb klubuna uduzub - 0:3.