Ölkəsində normal 3 stadionu yoxdu, Qurban Qurbanovun, "Qarabağ"ın tükəndiyini deyir...

Ölkəsində normal 3 stadionu yoxdu, Qurban Qurbanovun, "Qarabağ"ın tükəndiyini deyir...

Futbol üzrə Azərbaycan 1-ci Liqasının 5-ci turunun maraqla gözlənilən oyunlarından birinə - "Baku Sportinq" - "Qəbələ" matçına baxıram.

Ötən mövsüm 2-ci Liqada çempion olmuş paytaxt klubu Premyer Liqadan yeni düşmüş rəqibi ilə harda oynasa, yaxşıdı? Stadionabənzər otlaqda!

Bəli, stadionda yox, məhz otlaqda. Belə meydançalar, adətən, ucqar kəndlərdə olur. Baxsaz, özünüz də şahid olacaqsız. Amma bu, Bakının göbəyindədi.

Peşəkar Futbol Liqası belə klubların əlində giriftar olub. Danışanda hər şeyləri var, ortaya çıxanda heç nəyləri yoxdu...

Bu gün "Baku Sportinq"in rəhbərliyinə sual versən, hədəflərinin Lissabon "Sportinq"i qədər titul qazanmaq olduğunu deyəcək.

Paytaxtda ev oyunlarını keçirdiyi arenafason otlağa (üzr istəyirəm, stadion deməyə dil gəlmir-red.) elə də "Baku Sporting Arena" adını elə qoyublar ki, sanki Bakı dönüb öz-özünə Lissabon olacaq...

"Tottenhem" - "Sabah" - "Malmö" - "Sumqayıt" - "Ayaks"...Yazılışında belə, paradoks, uyğunsuzluq olan klub adlarını özündə birləşdirən "Qarabağ"ı dünəndən "sürüyənlər"in sayı-hesabı yoxdu yenə.

Ölkəsində çox demirəm, 3-cə dənə normal stadionu olmayan qadasını aldıqlarım Qurban Qurbanovun, "Qarabağ"ın tükəndiyini iddia edir.

Elə bil "Qarabağ" "Mançester Siti"di, Qurbanov da Quardiola...

Allah insafınızı kəssin, "Qarabağ" bizə ömürlük uğur, qələbə vədi verib? Alınmayanda alınmır.

Uğursuz zolağa düşüblər, çıxacaqlar. Əvvəllər az olub belə hal? Dünyanın sonu deyil ki.

Bəlkə əvvəlcə atışıb pul yığıb klublarımız üçün 4-5 min nəfər tutumlu cıqqılı bir stadion tikək?

Sonra futboldan danışarıq da, hara tələsirik ki...

"Qarabağ"ın dünən uduzduğu klubun ölkəsi İsveçdə bilirsiz, neçə futbol liqası var? 20-dən çox!

Bəs yüksək standartlı neçə stadionlarının da olduğunu bilirsizmi? 100-dən çox!

Elvin