İş adamı Azərbaycan klubuna 5 min manat yardım etdi - FOTO

 İş adamı Azərbaycan klubuna 5 min manat yardım etdi - FOTO

Futbol üzrə Azərbaycan 1-ci Liqasında yarışan "İmişli" klubuna yardım edilib.

Mediasport.az xəbər evrir ki, iş adamı aran təmsilçisinin hesabına 5 min manat vəsait köçürüb.

Bu barədə məlumatı Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev paylaşıb:

"Keçən həftə 1 nəfər sahibkar zəng vurdu, dedi ofisiniz hardadır, görüşmək istəyirəm. Gəldi, çay içdik, futboldan danışdıq. Axırda da "İmişli" Futbol Klubuna 5 min manat ianə edib getdi.

Sahibkarın öz bölgə klubuna dəstəyi ilə yanaşı, bizə olan güvəni məni çox sevindirdi. Özü də qeyd etdi ki, tək bölgəsinin təmsilçisi olduğu üçün yox, fəaliyyətlərini bəyəndiyi üçün bu ianəni edir. Allah canını sağ eləsin, "İmişli"yə isə uğurlar!"

İmişli təmsilçisi hazırda 20 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.