"İnanıram ki, belə həvəslə bu il daha böyük uğurlar əldə edəcəyik"
"Artıq əsas işimizi görə bildik, qrupda oynayacağıq. Vaxtilə Avropa Liqasında qrupdan çıxmağa yaxın idik".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Maksim Medvedev deyib.
Ağdam klubunun 34 yaşlı təcrübəli futbolçusu sabah Avropa Liqası qrup mərhələsinin "Molde" ilə kbaş tutacaq matçından öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"İnter"lə oyunu deyirəm. Bu il də yaxşı imkanımız var. İstifadə edə bilərik. Futbolçular hər şeyi edəcəklər ki, daha da irəliləyək. Hazırda oyunçularda elə atmosfer yaranıb ki, hamı oynamaq istəyir, heyət genişlənib. Məşqdən də görünür ki, hamı oynamaq istəyir. İnanıram ki, belə həvəslə bu il daha böyük uğurlar əldə edə biləcəyik.
Ola bilsin ki, az oynayıram. Amma daim komanda ilə birlikdəyəm. Çalışıram ki, özümü yaxşı formada saxlayım. Oyunda ala bilmədiklərimi çalışıram ki, məşqdə alım. Uzun müddət böyük oyunlar oynamasam da, təcrübəm var, beynimdə hər şey qalıb. Uşaqlara baxanda da analiz edirəm. Daim özümü oyundakı kimi saxlayıram. Fiziki durumumu isə məşqdə düzəldirəm".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Molde" qarşılaşması saat 20:45-də başlanacaq.